...

Nazir: "Azərbaycanda bütün idman məktəbləri və idman təmayüllü internatlar əsaslı təmir olunacaq" (video)

Cəmiyyət Materials 5 Oktyabr 2007 14:27 (UTC +04:00)
Nazir: "Azərbaycanda bütün idman məktəbləri və idman təmayüllü internatlar əsaslı təmir olunacaq" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycanda bütün idman məktəbləri və idman təmayüllü internatlar əsaslı təmir olunacaq. Bu barədə cümə günü Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakı şəhərinin Bakıxanov qəsəbəsində yeni olimpiya -idman liseyi kompleksinin açılışında etdiyi çıxışı zamanı bildirib.

Yeni kompleks məktəb-internata məxsusdur, bu məktəbin məzunları arsında dörd olimpiya çempionu, altı Avropa və dünya çempionu var. "Liseyin məzunları arasında dəfələrlə dünya və olimpiya çempionu olmuş Xəzər İsayev, Namiq Abdullayev də var" - deyə nazir bildirib. Onun sözlərinə görə, Azərbaycan idmançılarının ən yaxşı ənənələrini bu kimi idman kompleksi və tədris müəssisələrində təlim keçəcək gənc idmançılar davam etdirəcəklər.

Gənclər və İdman Nazirliyi idman məktəblərində yeni korpusların təmiri və tikintisini aparır. Bu il nazirlik paytaxtda və ölkənin regionlarında 17 belə müəssisənin tikintisini və təmirini başa çatdırmaq niyyətindədir. "Nazirliyin 2008-2009-cu illəri əhatə edən investisiya proqramında yeni idman məktəblərinin tikintisi nəzərdə tutulur, 2009-cu ilin ortalarında Azərbaycanda 31 olimpiya kompleksi fəaliyyət göstərəcək" - deyə nazir bildirib. "Beləliklə də ölkənin idman komplekslərinə olan tələbatının 80-90%-i ödəniləcək" - deyə nazir qeyd edib.

"Həmçinin paytaxtda və ölkənin regionlarında internat-məktəblərin tikintisi planlaşdırılır" - deyə nazir əlavə edib.

Olimpiya-idman kompleksində bu gün istifadəyə verilən döyüş zalı 100 nəfər üçün nəzərdə tutulub və müasir idman avadanlığı, duş və paltar dəyişmə otağı ilə təchiz olunub.

Xəbər lenti

Xəbər lenti