...

"Xural"ın baş redaktorunun Bakıdan çıxması yasaqlandı

Cəmiyyət Materials 5 Oktyabr 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyi "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakıdan çıxmasına qadağa qoyub. Cümə günü Trend ə məlumat verən baş redaktor bildirib ki, bu gün MTN-in İstintaq Baş İdarəsi tərəfindən ona Cinayət Məcəlləsinin milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (283-cü maddə) maddəsi ilə ittiham elan olunub. Baş redaktor 2004-cü ildə Adolf Hitlerin "Mənim Savaşım" adlı kitabının Azərbaycan dilinə tərcüməsində Hitlerə və kitaba rəğbət hissində günühlandırılır.

Baş redaktor bildirib ki, bu günə kimi o, bu cinayət işi üzrə şahid qismində tanınırdı.

Zeynallı barəsində MTN-in İstintaq Baş İdarəsi başqa yerə getməmək barədə qətimkan tədbiri seçib və dilindən iltizam alınıb. Zeynallı bildirib ki, 10 günə cinayət işi baxılmaq üçün məhkəməyə göndəriləcək.

Zeynallı Hitlerin "Mənim savaşım" adlı kitabını 2004-cü ilin noyabrında Azərbaycan dilinə tərcümə edərək, kitab şəklində nəşr etdirib.

Həmin il dekabrın 8-də o, DİN-in Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıb. Dekabrın 9-da ona qarşı cinayət işi açılıb. Həmin cinayət işi 2005-ci il fevralın 26-da MTN tərəfindən xitam olunub. Bu il mayın 7-də baş prokuror tərəfindən cinayət işi yenilənib.

Xəbər lenti

Xəbər lenti