...

Bakıda cüdo üzrə dünya çempionatında iyirmidən artıq ölkənin hakimi iştirak edəcək

Cəmiyyət Materials 9 Oktyabr 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ İyirmidən çox ölkənin hakimləri oktyabrın 13-də Bakıda H.Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək cüdo üzrə dünya kubokunda xidmətə cəlb olunacaq.

Azərbaycanda keçiriləcək yarışda hakimlər korpusu tam ciddi təmsil olunacaqlar. Çünki bu, mövsümün sonuncu lisenziya xarakterli turniri olacaq. Buna görə, fit sahibləri uğurlu hakimlik etməklə Avropa Cüdo İttifaqı tərəfindən dünya Superkubokları və Kuboklarında, həmçinin Portuqaliyada keçiriləcək qitə çempionatında gələcək təyinatlara ümid edə bilərlər.

Qarşıdakı yarışda Rusiya, İsveçrə, Hollandiya, İsveç, Türkiyə, Yunanıstan və bir çox digər ölkələr də daxil olmaqla 33 ölkə iştirakını təsdiq edib.

Xəbər lenti

Xəbər lenti