...

Aygün Kazımovanın albomu xaricdə hazırlanacaq

Cəmiyyət Materials 9 Oktyabr 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /müx. "TrendLife" Günel Əhmədova/ Əməkdar artist Aygün Kazımovanın yeni albomunun hazırlıqları davam edir. "TrendLife"ın müxbiri ilə söhbətində müğənni albomunun xarici ölkələrin studiyalarından birində ərsəyə gətiriləcəyini bildirdi. Alboma müğənninin sonuncu konsertində səsləndirdiyi mahnıların remiks variantı daxil ediləcək. Eyni zamanda, müğənni yeni mahnıların lentə yazıdırılması ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti