...

Nadir Qafarzadə və Səbirə hisslərini cilovlaya bilmədilər

Cəmiyyət Materials 9 Oktyabr 2007 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Müğənnilərin öz aralarında eşq macəraları yaşaması, təzə xəbər deyil. Ancaq, onlar həmişə bunu gizli saxlamağa can atırlar. Nadir Qafarzadənin evli olduğunu nəzərə alıb, ağlımıza belə gətirə bilməzdik ki, o, hansısa bir xanım müğənni ilə gizli eşq macərası yaşayır. TrendLife-ın üzə çıxardığı bu məlumatı eşidəndə, sənətçi sanki şok keçirdi. Sözümümzü yerə salmayıb, illərlə onu ürəyində sevib-əzizləyən xanımla görüşməyə razılıq verdi. Qarşısında şou-əhlinin "Şipşirin"ləqəbiylə tanıyıb qəbul etdikləri Səbirəni görəndə isə, lap təəccübləndi: "Bu xanım çox gözəl olmasıyla bahəm, həm də gözəl səs imkanlarıyla seçilən müğənnilərimizdəndir. Amma bir az populyarlaşa bilmir. Çünki bəllidir ki, qadın müğənnilərin populyarlığa gedən yolu, əsasən, kimlərinsə yatağından keçir. Heç bunu Səbirəyə arzu etmirəm də. İstəyirəm, o, yalnız öz sənətinin hesabına hansısa müvəffəqiyyətə imza atsın".

Gözləri dolan Səbirə isə, göz yaşlarını gizlətmədən "Mən Nadiri sevirəm. O mənim xəyallarımın kişisidir. Artıq onsuz yaşamağı bacarmıram"-deyib, Nadirin qoynuna atıldı. Bir an cəmiyyət içində olduqlarını unundan ikilik, hislərinə hakim olmadan, biri-birilərinə sarıldılar. Nəticədə isə, bu şəkillər üzə çıxdı.

Demək çox çətindir ki, müğənninin həyat yoldaşı Sevinc Qafarzadə olub-bitənlərə necə münasibət bildirəcək. Yəqin dəliqanlı ərinin hislərinə anlayış göstərib, böyütdükləri övladlarına görə onu bağışlayacaq.

Xəbər lenti

Xəbər lenti