...

Azərbaycan müğənnisi Könül "Dönən deyiləm"lə gəlir

Cəmiyyət Materials 16 Oktyabr 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Çağdaş estrada səhnəsinə yeni simaların gəlişinə adət etmişik. Ancaq aralarında elələri də var ki, öz sənətlərini nümayiş etdirib, professional səhnədə adi müğənnilərdən olmayacaqlarını hər tərəfdən sübut etməyə çalışırlar. Söylədiklərimizi gənc müğənni Könülə aid etmək olar. TrendLife-a yeniliklərindən danışan müğənni, ilk olaraq nə səbəbdən öz adıyla tanınmaq niyyətinə aydınlıq gətirdi: "Razıyam ki, səhnədə Könül adıyla bir çox sənətçi xanımlar var. Amma mən öz adımı sevirəm. Ona görə də istədim ki, məhz Könül imzasıyla özümə pərəstişkar toplayım".

Deyək ki, Könül, prodüseri Nərminə Qafarovanın köməyindən yararlanıb, "Səbuhi" səs-yazma studiyasında işıq üzü görmüş ilk - "Dönən deyiləm" albomuna təqdimat mərasimi keçirəcək. 10 mahnının daxil olduğu diskdə "Nişan üzüyü", "Qadanı mən alım", "Yanımda qal" "Azərbaycan", "Xəyanət" və başqa 5 mahnısı yer alıb. Xüsusilə onu vurğulamaq istərdik ki, Könül əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin ən layiqli tələbəlrindən biri olub. TrendLife-ın da dəstək verəcəyi təqdimat mərasiminin dəqiq tarixi barədə isə, Könül bunları söylədi: "Diskimin təqdimatını paytaxtın populyar istirahət məkanlarından biri olan "Qala Klub" da keçirməyi planlaşdırmışıq. Oktyabrın 17-si, saat 15:00-da bütün media mənsublarını və sənətçi dostlarımı növbəti uğuruma şərik olmağa səsləyirəm".

Xəbər lenti

Xəbər lenti