...

Avropa Məhkəməsi Azərbaycan jurnalistinin şikayəti üzrə qərar qəbul edəcək

Cəmiyyət Materials 16 Oktyabr 2007 16:37 (UTC +04:00)
Avropa Məhkəməsi Azərbaycan jurnalistinin şikayəti üzrə qərar qəbul edəcək

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ İnsan Haqları üzrə Avropa Məhkəməsi oktyabrın 18-də Azərbaycan jurnalistinin şikayəti üzrə qərar qəbul edəcək. Avropa Məhkəməsindən çərşənbə axşamı Trend ə verilən məlumata görə, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Şeyda Nəsibova İnsan Haqları və Azadlıqları haqqında Konvensiyanın yığıncaqlar və birləşmək azadlığının (maddə 11) və ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6) pozulduğunu iddia edir.

Məhkəmədən bildirilib ki, ərizəçi təşkilatının qeydiyyata alınması və işinin məhkəmədə ədalətli araşdırılmasını istəyir.

2001-ci ildə yaranan Jurnalist Araşdırmaları Mərkəzinin məqsədi Azərbaycanda jurnalistikanın inkişafı və kütləvi informasiya vasitələrinin azadlığını təmin etməkdir.

İnsan Haqları üzrə Avropa Məhkəməsində indiyədək Azərbaycana qarşı dörd qərar çıxarılıb və həmin qərarlar ilə Azərbaycan dövləti müxtəlif məbləğlərdə cərimələnib. Qüyd olunan qərarların maddi təzminatın ödənilməsinə dair hissəsi Azərbaycan dövləti tərəfindən icra olunub.

Xəbər lenti

Xəbər lenti