...

Azərbaycanın bodibildinq üzrə yığmasının dünya çempionatına heyyəti müəyyənləşdi

Cəmiyyət Materials 23 Oktyabr 2007 00:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Gələn həftənin sonu Koreyada keçiriləcək dünya çempionatına yola düşəcək bodibildinq üzrə Azərbaycan yığmasının heyyəti müəyyənləşdi.

Milli Federasiyanın prezidenti Rauf Bünyatəliyevin Trend ə verdiyi məlumata görə, komandanın heyətinə 2007-ci il Avropa çempionatının gümüş mükafatçıları Vüqar Verdiyev və Yalçın Məmmədovla yanaşı Anatatollu Məsimov və Məhəmməd Paşai daxil ediliblər.

"Bu çimpionatla biz müəyyən ümidlər bağlayırıq və fikrimcə yaxşı çıxış edə bilərik. Ələlxüsusda ki, Koreyaya böyük beynəlxalq təcrübəyə malik və yüksək yerlər uğrunda mübarizə apara biləcək atletlər gedir" - deyə Bünyatəliyev qeyd etdi.

Mötəbər yarış öncəsi son məşq Gəncədə keçirilən ölkə Kuboku oldu.

Xəbər lenti

Xəbər lenti