...

Nəsib Nur gürcü qızı Manana ilə birgə "8-104" verilişində plyonkası sökülən sürücülərə dəstək oldu

Cəmiyyət Materials 24 Oktyabr 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr \müx. TrendLife Fəridə Məhərrəmqızı/

"8-104" verilişi başlayan kimi aparıcı Nəsib Nur son günlər pərdə və plyonkası sökülən sürücülərə dəstək olmaqla yanaşı, onlar üçün Aygün Kazımovadan "Depresyondayım" mahnısını səsləndirdi. Proqramın bu günki qonağı isə toya hazırlaşan gürcü Manana idi. Əənənəsinə sadiq qalan aparıcı bu dəfə də qonağın super görünüşlü olduğunu vurğuladı. Öz ampluasından kənara çıxmayan Nəsib Nur verilişə gələn SMS-lərin birində müğənni Enrike İqlesiasın qonaq çağırılmasının yazıldığını bildirdi. Tamaşaçı istəyəini reallaşdırmağın mümkünsuzlüyü yaxşı başa düşən aparıcı "biz İqlesiası sizin yuxularınıza dəvət edəcəyik"- deməklə vəziyyətdən çıxış yolu tapdı. "8-104"ə zəng edən tamaşaçılardan birinin sualı qonağa ünvanlandı: "Manana xanım, siz nə vaxt ailə quracaqsınız?" sualına gürcü qızı "yanvarın əvvəllərində"-deyə, cavab verdi.

Verilişdə "Sən hamı kimi deyilsən" mahnısı ifa edən Manana onu bu gün 25 yaşı tamam olan müğənni Elnura hədiyyə etdi. Müğənni bu yaxınlarda yeni bir albomunun işıq üzü görməsindən danışdı. Tamaşaçılara bəlli oldu ki, həmin alboma 4 disk daxildir. O da məlum oldu ki, yaxın zamanlarda Manananın ikinci ingilisdilli albomu işıq üzü görəcək. "Toya qədər daha bir klip çəkdirmək istəyirəm. Toydan sonra solo konsertimə hazırlaşacağam"-deyən Manana pərəstişkarlarını narahat olmamağa çağıraraq, həmişə onlarla olacağına söz verdi.

Xəbər lenti

Xəbər lenti