...

Vaqif Mustafazədənin anası Zivər Əliyeva anıldı

Cəmiyyət Materials 26 Oktyabr 2007 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Ölümündən illər ötsə də, milli caz musiqisini Azərbaycanın hüdüdlarından kənarda tanıtması, məhz Vaqif Mustafazadənin adı ilə bağlıdır. Görkəmli cazmenin xatirəsi əbədiləşdirilsə də nədənsə anası, tanınmış muğam bilicisi, musiqişünas Zivər Əliyevanın yaradıcılığı o qədər də geniş öyrənilmir. Bu fikirlərlə razılaşmayan Zivər xanımın qardaşı qızı, hazırda "Vaqif Mustafazadənin ev- muzeyi"nin rəhbəri Afaq Əliyeva TrendLife-a Zivər xanım barəsində bunları söyldi: "Ola bilər ki, gənclər Zivər xanım haqda elə də geniş məlumata malik deyillər. Ancaq yaşlı və orta nəslin nümyandələri bilirlər ki, Zivər xanım gözəl musiqiçi olmaqla yanaşı, həm də muğamlarımızın tədqiq edilməsində kifayət qədər zəhmət çəkmiş bir xanım olub. Zivər xanım həm də görkəmli bəstəkarımız Üzeyir Hacıbəyovun sinfində təhsil alan ilk tələbələrdən biridir. Deməzdim ki, o, unudulub. Görürsüz ki, Zivər xanım Əliyevanın 90 illik yubileyində biz "Vaqif Mustafazadənin Ev- muzeyi"ndə, illərlə yaşadığı bir otaqda onun xatirəsini əbədiləşdirmişik. Hesab edirəm ki, muzeyimizə gələn bütün qonaqlar, dünyaya Vaqif Mustafazadə adlı bir dühanı gətimiş ananın keçdiyi həyat yoluna da biganə qalmayacaqlar".

Qeyd edək ki, Afaq xanımın təşkilatçılığı ilə ərsəyə gəlmiş Zivər Əliyevanın anım gecəsinə tanınmış mədəniyyət və incəsənət xadimləri, alimlər və musiqisevərlər toplaşaraq, öz xatirələrini bölüşdülər. Yəqin ki, gənclər də bu gün tarixin səhifələrində yaşayan sənətkarın yaradıcılığına biganə qalmayıb, "Vaqif Mustafazadənin Ev-muzeyi"nə mütləq baş çəkəcəklər.

Xəbər lenti

Xəbər lenti