...

Qafqaz Müsəlmanları İdarəsi: "Radikal dini təriqətlərin Azərbaycana axını dövlətçiliyə təhlükə yaradır"

Cəmiyyət Materials 31 Oktyabr 2007 13:06 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi: "Radikal dini təriqətlərin Azərbaycana axını dövlətçiliyə təhlükə yaradır"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Radikal dini təriqətlərin Azərbaycana axını dövlətçiliyə böyük təhlükə yaradır, çərşənbə günü Trend ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev bildirib. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi radikal vəhabilərin Azərbaycanda fəaliyyətlərinin təhlükəli olduğu barədə hələ 15 il öncə müvafiq dövlət qurumlarına xəbərdarlıq göndərib.

Bir neçə gün öncə Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə qulluq edən zabit Kamran Əsədov külli miqdarda silah-sursat, 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri, silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində, həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

Ağayev deyib ki, radikal dini təriqətlərin Azərbaycanda fəaliyyətinin qarşısını almaq üçün ölkədə dini maarifləndirmə işi gücləndirilməlidir. "Dini maarifləndirmə işi əhatəli və ardıcıllıqla həyata keçirilməlidir" QMİ təmsilçisi bildirib. Onun bildirdiyinə görə, bəzi qüvvələrin Azərbaycanda islam dövləti yaratmaq istəyi var. Lakin bu, azərbaycanda mümkün deyil. "Azərbaycanda qədim islami ənənələr olsa da, dünyəvi dövlətdir və xalq buna üstünlük verir" Ağayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti