...

İştirakçı Yeganə Dünyamalıyeva: ""Azəri Star+"un həqiqət carçısıyam"

Cəmiyyət Materials 31 Oktyabr 2007 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

"Azəri Star" müsabiqəsinin qaliblərinin cəm olduğu "Azəri Star+" mahnı yarışması, öz axarıyla davam edir. Amma iştirakçılar arasında yaşanan xoşagəlməz olayların mediada müzakirəsi, deyəsən, heç onların özlərinin də ürəyincə deyil. TrendLife-a bu haqda danışan iştirakçı Yeganə Dünyamalıyeva, pərdə arxasında yaşanan olaylara belə aydınlıq gətirdi: "Ümumiyyətlə, hər bir sahədə çalışan insanlar öz aralarında problem yaşayırlar. Belə anlaşılmazlıqların müğənnilər arasında yayılması təbiidir. Çünki, biz tamaşaçı üçün hərtərəfli maraqlıyıq. Bizə baxıb, səs verən izləyicilər həmişə, digər bacarıqlarımızın da şahidi olmaq istəyirlər. Əfsuslar olsun ki, heç də həmişə yaxşı xəbərlərə onları sevindirmirik. Sözlərimi heç də rəqiblərimə aid etmirəm. Onsuz da hamı bilir ki, mən "Azəri Star+"un həqiqət carçısıyam. İstəmirəm, pərəstişkarlarımız bizə görə narahatlıq keçirsinlər. Bir sözlə, hər şey yaxşı olacaq".

Xəbər lenti

Xəbər lenti