...

Millət vəkili: "Eynulla Fətullayev törətdiyi əməllərinə görə həbs edilib"

Cəmiyyət Materials 31 Oktyabr 2007 15:30 (UTC +04:00)
Millət vəkili:  "Eynulla Fətullayev törətdiyi əməllərinə görə həbs edilib"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli, S,İlhamqızı/ Azərbaycanda söz və mətbuat azadlığı qorunur, çərşənbə günü Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, Azərbaycanda hər bir vətəndaş, o cümlədən jurnalist, törətdiyi cinayətə görə qanunvericilik qarşısında cavbdehdir.

"Eynulla Fətullayev törətdiyi əməllərinə görə həbs edilib"- Qurbanlı bildirib.

Azərbaycanda ən uzunmüddətli həbs cəzasına məhkum edilmiş jurnalist Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi ölkədə söz və mətbuat azadlığına olan təzyiqlərə etiraz olaraq, silsilə etiraz aksiyaları keçirəcək. Terororçuluqla hədələmə, qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması və vergidən yayınma cinayətlərində təqsirli bilinərək, Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin 30 oktyabr tarixli hökmü ilə 8 il 6 ay həbs cəzası almış "Gündəlik Azərbaycan" və"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru məhkəmənin hökmü ilə 242 min 522 manat məbləğində cərimələnib və onun baş redaktoru olduğu qəzetlərin 23 kompüteri müsadirə olunub. Məhkəmənin hökmündən sonra "Human Rights", Sərhədsiz Reportyorlar Təşkilatı, Avropa Şurası Azərbaycanda söz və mətbuat azadlığının pozulmasına etiraz bildirib və Fətullayevin cəzalandırılmasını mətbuata təzyiq kimi qiymətləndiriblər.

Millət vəkili deyib ki, Azərbaycanda mətbuat və söz azadlığına xələl gətirəcək hərəkətlərə yol verilmir. "Fətullayevin məhkəməsi mətbuat üçün açıq olub. O, materiallarında Azərbaycan qanunvericiliyinə, jurnalistlərin peşə kodeksinə zidd olan faktlar yazıb. Buna görə jurnalistlər ABŞ, Fransa və digər qabaqcıl ölkələrdə də həbs edilir"- Qurbanlı əlavə edib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, Mətbuat Şurasının sədr müavini Elçin Şıxlı isə bildirib ki, jurnalistin yazılarına görə həbs olunmasının əleyhinədir. Onun sözlərinə görə, XXI əsrdə söz azadlığına, fikrini ifadə etməsinə görə jurnalistin məhbəsə atılması çox yanlış hərəkətdir. Şıxlı, eyni zamanda, hesab edir ki, jurnalistilərin küçə aksiyaları keçirməsinin tərəfdarı deyil: "Çünki jurnalistilərin, baş redaktorların öz etirazlarını bildirmək üçün qəzetləri var və bu imkandan istifadə edə bilərlər. Jurnalistlər küçə aksiyaları, mitinqlər keçirməməli, inqilablar, çevrilişlər etməməlidirlər. Hər kəs öz işi ilə məşğul olmalıdır"-deyə Şıxlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti