...

Günel Məhərrəmova "8-104" verilişində muğam oxuya bilmədi

Cəmiyyət Materials 31 Oktyabr 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Space"-in "8-104" verilişinin bu günkü qonağı "Azəri star-1"-in qalibi Günel Məhərrəmova oldu. Verilişin əvvəlində uzun müddət efirdə görünməməsinin səbəbləri barədə danışan Günel fikrini belə əsaslandırdı: "Bilmək istəyirdim, tamaşaçılar mənim üçün darıxacaqlar ya yox. Zarafat bir kənara. Problemlərimin həlli ilə məşğul idim. Yəqin bundan sonra tamaşaçılar məni tez-tez görə biləcəklər. Mənə əvvəlcədən danışmaq düşmür. Amma onu deyə bilərəm ki, yeni bir layihə fikirləşirik. Demək olar ki, layihə artıq hazırdır".

Xarici görünüşcə Aygün Kazımovaya bənzədilməsi barədə suala cavab verən Məhərrəmova, oxşarlığın ancaq üz cizgilərilə bağlı olduğunu, ifa tərzlərininsə, tam fərqləndiyini vurğuladı: "Sifət cizgilərinə gəldikdə isə, onları dəyişə bilmərəm. Allahın verdiyi simadır".

Hərdən özünü tərifləyən Günel səmimi insan olduğunu, amma arada yalan danışdığını da etiraf etdi.

Ən maraqlı məqam "8-104"ün sonuna yaxın baş verdi. Efirə zəng edən tamaşıçı Güneldən canlı muğam ifa oxumağı xahiş etdi. Çıxılmaz vəziyyətə düşən gənc müğənni tamaşaı istəyinə etirazını bildirdi.

Sonda müğənni əsgərlərə mahnı payı ərməğan etdi.

Xəbər lenti

Xəbər lenti