...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Azərbaycandakı fəal vəhabilərlə görüşüb

Cəmiyyət Materials 1 Noyabr 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli, K.Zərbalıyeva/ Radikal vəhabilərin törətdiyi cinayətlərdən sonra, Azərbaycanda olan vəhabi fəalları ilə görüş keçirilib, cümə axşamı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Onun sözlərinə görə, görüşdə vəhabillərin fəalları bildiriblər ki, cinayət törədənlərin onların cərəyanlarına hər hansı aidiyyatı yoxdur.

Bir neçə gün öncə Bakıdan 380 kilometr qərbdə yerləşən Xanlar rayonundakı N saylı hərbi hissədə qulluq edən zabit Kamran Əsədov külli miqdarda silah-sursat, 4 ədəd avtomat silah, 1 ədəd PK pulemyotu, 20 ədəd əl qumbarası, xeyli sayda avtomat silah üçün patron və digər hərbi ləvazimat oğurlayaraq, hərbi hissəni özbaşına tərk edib. Milli Təhlükəsizlik Nazirliyinin apardığı əməliyyat tədbirləri zamanı bəlli olub ki, Əsədov radikal vəhabi dini təriqətə qulluq edir və cinayəti bir qrup şəxslə törədib. Əsədov və qrupun digər üzvləri, silah-sursatın və hərbi ləvazimatın bir hissəsini İsmayıllı rayonu ərazisində gizlətdikdən sonra Bakıya gəliblər. MTN tərəfindən oktyabr ayının 27-də Bakının Maştağa qəsəbəsi, Bağ massivi ev-104 ünvanında keçirilən əməliyyat tədbirləri nəticəsində, həmin şəxslərdən bir qrupu yaxalanıb. Əməliyyat zamanı qrupun bir üzvü müqavimət göstərməyə cəhd edərkən məhv edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarına, radikal dini qrupların ölkənin strateji obyektlərində, o cümlədən, diplomatik korpuslarında terror törədəcəkləri bəlli olub.

Orucov deyib ki, Dövlət Komitəsi tərəfindən vəhabilərlə bağlı hər hansı dini icma qeydiyyatdan keçməyib.

Xəbər lenti

Xəbər lenti