Azərbaycan, Bakı, 14 noyabr /müx. TrendLife Cavid Osmanov/ "Show time" mahnı yarışması öz formatı və son xəbərləri ilə hər dəfə tamaşaçıları təzccübləndirir. Bizdə olan məlumatlara görə, şounun sonuna kimi hansı prodüser 2500 SMS toplasa, ona "Jeep" maşın hədiyyə ediləcək. Bu və digər məlumatlara aydınlıq gətirmək üçün layihənin rəhbəri Cavid İmamverdiyevə müraciət etdik.
-Düzünü desəm, bu bizimlə əməkdaşlıq edən iş adamlarının ideyasıdır.
-Onda keçək başqa suala. Hansı komanda sizin verilişin formatına daha çox uyğun gəlir?
-Mənə prodüserlərlə oynamaq çox maraqlıdır. Məsələn, oyunda Tolik intriqa yaratmışdı. Lakin indi o, oyunda sona qədər qalıb, mübarizə aparmaq istəyir. Hər komandanın öz yeri var. Asif Kərimov əsl musiqiçidir, müsabiqəyə başqa tərəfdən yanaşır. Anar Mədətov isə öz işini çox gözəl bilir. Namiq Qafarov tamaşaçıya nə lazım olduğunu bilir. Mr.Tolikə gəldikdə isə ondan nə istəsən gözləyə bilərsən. Məhz buna görə də yarışma maraqlı keçir.