...

Bakıda "Yuxuların həqiqəti" adlı müasir incəsənət sərgisi keçiriləcək

Cəmiyyət Materials 23 Noyabr 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Dekabrın 3-dən 5-dək Bakıda "Yuxuların həqiqəti" adlı III Beynəlxalq sərgi keçiriləcək. Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva xəbər verib. Onun sözlərinə görə, sərgidə Azərbaycan, ABŞ, Almaniya, Fransa, İsveçrə, İtaliya, İsrail, Türkiyə, Norveç və Rusiyadan olan rəssamlar, incəsənət nümayəndələri iştirak edəcəkdər. Sərginin açılışı dekabrın 3-də Şirvanşahlar sarayında təşkil olunacaq. Sərgi, dekabrın 4-də saat 14:00-da "Abşeron" qalereyasında, saat 16:00-da və 18:00-da isə, Muzey Mərkəzində davam etdiriləcək. Tədbirin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi, Rəssamlar İttifaqıdır.

Xəbər lenti

Xəbər lenti