...

Bülent Ersoy Azərbaycan haqqında kimin sifarişi ilə danışır?

Cəmiyyət Materials 23 Noyabr 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /müx. TrendLife Günel Əhmədova/

İki il öncə Azərbaycanda keçirilən "Best Model of the Azerbaijan" yarışmasında münsflər heyətində təmsil olunan türkiyəli sənətçi Bülent Ersoy ona göstərilən qonaqpərvərliyin "əvəzini" çıxaraq, türk-telekanallarından birinə qəribə açıqlama verib. Azərbaycanı mənşəyi bilinməyən xalq adlandıran müğənni öz şanlı keçmişini unudaraq, daha sonra "Sarı gəlin" Azərbaycan xalq mahnısının ermənilərə məxsus olduğunu vurğulayıb. Azərbaycanla dostluq və yaradıcılıq telləri olan, millətin keçmişi barədə informasiyaya malik olan türkiyəli aktirsa-müğənni Meral Konrat həmkarının açıqlamasını cavabsız qoymayıb. Türkiyənin Məciddiyə Bələdiyyəsinə namizəd, Azərbaycan-Türkiyə Kültür Cəmiyyətinin üzvü Konrat məlum məsələ ilə bağlı yaydığı bəyanatda Ersoyun fikirlərini "sarsaqlama" adlandırıb.

TrendLife-ın əldə etdiyi bəyanatda bildirilir ki, Ərsoyun mənşəyi bilinməyən xalq adlandırdığı Azərbaycan xalqının tarixi, keçmişi bütün dünyaya bəllidir. Bəyanatda daha sonra bunlar bildirilib:Türkdilli xalqlar içində çox şərəfli tarix yolu keçmiş azərilər dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Qara Qarayev və s. dahilər bəxş edib. Azərbaycanın muğamı isə, Şərq musiqisinin əsasını təşkil edir. "Sarı gəlin"i erməni xalq mahnısı adlandıran Bülent Ersoyun sayıqlamalarının kimin sifarişi ilə etdiyi bəllidir".

Əldə etdiyimiz məlumatda daha sonra bildirilir ki, Konrat məlum məsələ ilə bağlı, Türkiyə Xarici İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə teleqram vuraraq, sözügedən muğənninin niyyətinə son qoyulmasını tələb edib.

Xatırladaq ki, Ərsoy Aygün Kazımovanın dəvətilə, iki il əvvəl Bakıda olarkən ona göstərilən qonaqpərvərlikdən razı qalmadığı barədə Türkiyə mətbuatına açıqlama vermişdi. Onun növbəti çıxışının buradan qaynaqlandığı istisna edlimir.

Xəbər lenti

Xəbər lenti