...

"Show time" yarışmasında növbəti hədəf və qarşıdurma

Cəmiyyət Materials 24 Noyabr 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /müx. TrendLife Cavid Osmanov/

"Show time" mahnı yarışmasında həyəcan get-gedə artır. Tamaşaçıları bu şouda daha da maraqlı anlar gözləyir. İndi isə sizə dünən keçən yarışma haqqında məlumat vermək istəyirik. Xatırladaq ki, bu həftə müsabiqədə ən az SMS toplayan Asif Kərimovun iştirakçısı Aybəniz Məmmədova idi. Asif Kərimov isə iştirakçısı Aybənizin heç də komandadan uzaqlaşmasını istəmirdi. Onun sözlərinə görə, Aybəniz həqiqətən də istedadlı qızdır: "Əgər Aybəniz yarışmada qalarsa, mən Anar Mədətovun komandasından Fərid Məmmədovu uzaqlaşdıracam. O ki, qaldı şou göstərməyə, əvvəlcə incəsənət, daha sonra şou". Daha sonra isə yarışmada iştirak edən ekspertlər - jurnalist Vüqar İmanov və bəstəkar Elçin İmanov bu qız barədə öz subyektiv fikirlərini bildirdilər. Yarışmada həmçinin Asif Kərimov və Anar Mədətov qalmaqal yaratdılar. "Tamaşaçıları aldatmaq lazım deyil ki, bu qız beş ildən sonra həqiqətən də tanınacaq. Söhbət bu gündən gedir" - deyə Anar Mədətov bildirdi. Nəticədə isə Aybəniz Məmmədova 52% səs toplayıb, oyunu tərk etdi.

Xəbər lenti

Xəbər lenti