...

Azərbaycan şou-biznesində "Şuşalı" ləqəbi üstündə inciklik yaşanıb

Cəmiyyət Materials 26 Noyabr 2007 12:35 (UTC +04:00)

Azərbaycan, Baık, 26 noyabr /müx. TrendLife Laləndə İsmayılova/

Günay Şuşalı ilə Xuraman Şuşalı arasında "Şuşalı" ləqəbi üstündə inciklik yaşanıb. Günayın dediyinə görə, ilk dəfə bu ləqəb ona məxsus olub. Xuraman isə çox-çox sonralar Şuşalı kimi səhnəyə çıxıb: "Xuraman məndən öncə bu adla efirə çıxsaydı, mən başqa bir şey fikirləşərdim. Düşünərdim ki, bu ləqəblə efirə çıxan müğənni artıq var. Amma əvvəl "Şuşalı" kimi efirə mən çıxmışam". Şəxsi münasibətlərə gəldikdə Günay Xuramanla yaxın münasibətlərdə deyil. Gənc müğənni Xuramanın Şuşalı kimi təqdim olunmasını normal qəbul edir, amma bununla belə həmkarına məsləhəti də var. Deyir ki, mən onun yerinə olsaydım və başqasının bu ləqəbi daşıdığını görsəydim, "Şuşalı" kimi efirə çıxmazdım.

Xəbər lenti

Xəbər lenti