...

Anam canı, plastik əməliyyat keçirməmişəm – Azərbaycan müğənnisi Xumar Qədimova

Cəmiyyət Materials 27 Noyabr 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 27noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Xanım müğənniləimizin gözəl görünmələri üçün cərrah bıçağı altına könüllü uzanmaq niyyətləri yeni xəbər deyil. Yeni olan odur ki, xalq artistləri İlhamə Quliyeva, Flora Kərimova, Məlyekə Əsədova başda olmaqla, əməkdar artistlər - Brilyant Dadaşova, Aygün Kazımova, Almaz Ələsgərova və müğənnilər - Nadir Qafarzadə, Röya Ayxan, Rəqsanə İsmayılovadan fərqli olaraq, bəzi sevilən sənətçilər hər vasitə ilə bu əməllərini ört-basdır etməyə çalışırlar. Demək olmaz ki, yaxın rəfiqəsi kimi, müğənni Xumar Qədimova da məşhur rusiyalı cərrah Nekarsovun "gözəllik stolu"ndan huri- mələk kimi çıxıb. Bir ay əvvəlki şəkillərilə indikiləri müqayisə edib, müğənninin nə qədər dəyişdiyini görmək çətin deyil. Xumar xanımsa, bunu hər vasitə ilə gizlətməyə çalışır. "Anam canı, plastik əməliyyat keçirməmişəm. Sadəcə, Xumar xanım o qədər gözəl ürəyə malikdir ki, o, əsla qocalmır. Bu gözəlliyi Uca Tanrım həmişəlik qismətimə yazıb. Xumar xanım plastik əməliyyatlara da qarşı deyil. Sadəcə, hesab edirəm ki, bu fikrə düşməyə hələ 15-20 il var".

Xəbər lenti

Xəbər lenti