...

Bəzi müğənnilər Biləcəridən kənara çıxa bilmirlər -- Mayestro Ceyhun

Cəmiyyət Materials 29 Noyabr 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Bu gün "8-104" verilişinin qonağı tanınmış skripkaçı Mayestro Ceyhun oldu. Sənətçi, tamaşaçıları və aparıcını salamladıqdan sonra skripkada bir neçə mahnı ifa etdi. Daha sonra aparıcı Nəsib Nur Ceyhunun ünvanına gələn SMS-ləri oxudu. SMS -lərdən məmyun qalan skripkaçı hər kəsə öz dərin təşəkkürünü bildirdi. Verilişə Rusiyadan da zəng vurdular. Yaradıcılıq sahəsindən söz açan Ceyhun bunları söylədi: "Yeni ilin ilk aylarında Röya ilə birgə yeni layihə üzərində çalışacağıq. Xatırladım ki, bu ilin yanvarında da Heydər Əliyev adına Sarayda Röya xanımla birgə çıxış etmişdik". Mayestro son vaxtlar şou-biznes aləmində qalmaqal yaratmaqla gündəmdə qalmağa çalışan müğənnilərin hərəkətlərinə də münasibət bildirdi: "Mən həmişə demişəm, yenə də təkrar edirəm, bəzi müğənnilər Biləcəridən kənara çıxa bilmirlər".

Verilişin sonunda aparıcı müğənni Xatirə ilə telefon əlaqəsi saxladı. Xaitirə növbəti həftənin bazar ertəsi "8-104"ün qonağı olacağına söz verdi.

Xəbər lenti

Xəbər lenti