...

Gürcüstan prezidentliyinə azərbaycanlı namizədin nümayəndəsinin həbsi ilə bağlı apellyasiya şikayəti verilib

Cəmiyyət Materials 1 Dekabr 2007 11:32 (UTC +04:00)
Gürcüstan prezidentliyinə azərbaycanlı namizədin nümayəndəsinin həbsi ilə bağlı apellyasiya şikayəti verilib

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Gürcüstanda prezidentliyə azərbaycanlı namizəd Fazil Əliyevin seçki qərargahının rəhbəri barəsində çıxarılmış iki aylıq həbs qərarından vəkili bu gün apellyasiya şikayəti verib. Bu barədə şənbə günü Trend ə prezidentliyə namizəd Fazil Əliyev məlumat verib.

Əliyevin seçki qərargahının rəhbəri Daşqın Gülməmmədov noyabrın 27-də Tbilsidə Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Əvvəlcə onu insan ləyaqətini təhqir etməkdə (Cinayət Məcəlləsinin 122-ci maddəsi) ittiham ediblər. O, internet saytlarında insan ləyaqətini təhqir edən fikirlər yazmaqda günahlandırılıb. Lakin sonradan Gülməmmədov "milli ayrı-seçkilik salmaqda" (Cinayət Məcəlləsinin 144-cü maddəsi) təqsirli bilinib və ötən gün Tbilisi məhkəməsinin qərarı ilə 2 aylıq həbs cəzasına məhkum olunub.

Əliyevin sözlərinə görə, vəkil apellyasiya şikayəti verib,o özü isə Gülməmmədovun azadlığa buraxılması üçün rəsmi şəxslərlə danışıqlar aparır.

Əliyev hesab edir ki, yaxın günlərdə Gülməmmədovu sərbəst buraxacaqlar.

Xəbər lenti

Xəbər lenti