...

Xarici təşkilatlar bizimlə əməkdaşlıq etmək istəyirlər, bizim isə pulumuz yoxdur-Azərbaycan kinoaktyorlar Gildiyasının sədri Həmidə Ömərova

Cəmiyyət Materials 1 Dekabr 2007 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Kinoaktyorlar Gildiyasının sədri Həmidə Ömərovanın TrendLife-a verdiyi məlumata görə, dekabr ayının əvvələrində iclas keçirəcəklər. "Əslində, noyabr ayında iclas keçirməliydik. Bəzi səbəblərdən iclası dekabr ayına keçirməli olduq. Hazırda əsas məqsəd-sayt yaratmaq və təşkilatın maliyyələşdilməsi üçün sponsor tapmaqdır. Bəzi xarici şirkətlər bizimlə əməkdaşlıq etmək istəyirlər, lakin buna maliyyə vəsaiti lazımdır. Bundan əlavə, bizim heç ofisimiz də yoxdur. Belə çətinliklərə baxmayaraq, Gildiya Azərbaycan kino xadimləri ilə görüşləri, xatirə gecələrinin keçirməsini davam etdirir"- Ömərova qeyd edib.

Xəbər lenti

Xəbər lenti