...

Azərbaycan güləşçiləri Krasnodarda keçiriləcək turnirdə çıxış edəcək

Cəmiyyət Materials 3 Dekabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın sərbəst güləş üzrə komandası dekabrın 4-də Krasnodarda start götürəcək beynəlxalq yarışda iştirak edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, kollektivin tərkibinə Etimad Qurbanov ( 60 kq), Elnur Qəmbərov, Avropa çempionatının gümüş mükafatçısı Elman Əsgərov ( 66 kq), Xaqan Süleymanov ( 74 kq), həmçinin Bakıda keçirilən dünya çempionatı zamanı Pekin Olimpiadasına vəsiqə əldə etmək üçün gözəl şansı olan, lakin son anda məğlub olan Əli İsayev ( 120 kq) daxildir.

Komanda Krasnodarda Vahid Məmmədovun rəhbərliyi altında çıxış edəcək. O idmançıların gələn il keçiriləcək yarışlara, xüsusilə lisenziya xarakterli turnirlərə hazırlığını yoxlayacaq.

Xəbər lenti

Xəbər lenti