...

"Parni iz Baku" teatrı qastrol səfərindən qayıdıb

Cəmiyyət Materials 4 Dekabr 2007 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

"Parni iz Baku" teatrı bu yaxınlarda Moskvadan qayıdıb. Teatrın aparıcı aktyorlarından olan Bəhram Bağırzadənin TrendLife-a verdiyi məlumata görə, Moskvada "Bizim moskovski məhəllə" adlı tamaşa ilə çıxış ediblər. B.Bağırzadə bildirib ki, "Puşkinski" kino-konsert zalında tamaşanı 2500 nəfər izləyib. Tamaşaçılar arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun Moskva şöbəsinin sədri Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov da olublar. Yeri gəlmişkən, Leyla xanım və Emin bəy tamaşadan sonra pərdə arxasına keçərək aktyorlarla söhbət ediblər.

Xəbər lenti

Xəbər lenti