...

Teleradio Şurası ANS və ATV-yə xəbərdarlıq etdi

Cəmiyyət Materials 4 Dekabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Milli Televiziya və Radio Şurası ANS və ATV telekanallarına xəbərdarlıq edib. Bu barədə çərşənbə axşamı Trend ə Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Şuranın bugünkü iclasında ANS və ATV-nin moniqorinqinin nəticələri müzakirə olunub , toplantıda ANS - in nümayəndəsi iştirak edib.

Məhərrəmlinin sözlərinə görə, monitorinq zamanı hər iki kanalın fəaliyyətində qanun pozuntları aşkar edilib. ANS və ATV, əsasən, "Reklam haqqında" Qanunun müddəalarını pozur, yetkinlik yaşına çatmayanların əxlaqının pozulmasına səbəb ola bilən filmlər verir, ifadələr işlədirlər. Şuranın monitorinqinin nəticəsinə görə, kanallar nəzərdə tutulduğundan çox reklam verirlər, həmçinin, erotik filmlər yayımlanır, verilişlərində etikadan kənar sözlərə yol verilir.

"Bu nöqsanlar telekanlların nümayəndələrinin diqqətinə çatdırıldı. Bu xəbərdarlıq birinci mərhələdir. Əgər nöqsanları aradan qaldırmasalar, növbəti mərhələdə cərimə tətbiq oluna və daha sərt cəzalar verilə bilər"-deyə Şura sədri bildirib.

Xəbər lenti

Xəbər lenti