...

Qrossmeyster Aleksey Şirov Dünya Kubokunun reytinq-favoriti olub

Cəmiyyət Materials 6 Dekabr 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ İspaniyanı təmsil edən qrossmeyster Aleksey Şirov Xantı-Mansiyskdə davam edən Dünya Kuboku yarışmasının reytinq-favoriti olub. Mübarizəni erkən mərhələlərdə tərk edən azərbaycanlı şahmatçılar Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və ukraynalı Vasiliy İvançukdan sonra kuboka əsas namizəd dördüncü reytinqə malik olan Levon Aronyan hesab edilirdi. Lakin Aronyan 1/8 finalda rusiyalı Dmitriy Yakovenkoya məğlub olduqdan sonra iştirakçılar arasında beşinci reytinqə malik olan A.Şirov kuboku qazanmağa əsas namizəddir. Kubokun qalibi iddia oyununda eks-dünya çempionu Veselin Topalovla oynamaq hüququ qazanacaq.

Xəbər lenti

Xəbər lenti