...

Bəstəkar Aygün Səmədzadənin "Tut ağacı" mahnısını üç ölkə mənimsəyib

Cəmiyyət Materials 7 Dekabr 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /müx. TrendLife Cavid Osmanov/

Azərbaycan milli musiqisinin xaricdə böyük maraq doğurduğu heç kim üçün sirr deyil. Bəzi xarici müğənnilər bizim mahnılarımızı ifa edərkən onun sözləri və musiqisinin anonim olduğunu bildirirlər. Bu yaxınlarda bəstəkar Aygün Səmədzadənin "Tut ağacı" mahnısını üç ölkə birdən mənimsəyib. Bu barədə bəstəkar TrendLife-a açıqlamasında bildirib: "Mən onları müəllif hüquqlarımı pozduqlarına görə məhkəməyə verəcəyəm. Moskvada mənim "Tut ağacı" mahnımı rus müğənnisi "Ana" mahnısı kimi təqdim edərək oxuyub. Bu ifaçıdan sonra erməni müğənnisi də həmin mahnını oğurlayıb. Bu yaxınlarda isə, yunan kanallarının birində "Tut ağacı"nın səsləndirilməsinin şahidi oldum. Ən maraqlısı o idi ki, mahnı elə "Tut ağacı" adı altında təqdim olundu. Bizim ermənilərlə heç bir mədəni əlaqələrimiz olmadığından, o zaman bir şey edə bilmədim. Amma indi bu oğurluqla əlaqədar Yunanıstan tərəfinə müraciət edəcəyəm".

Xəbər lenti

Xəbər lenti