...

Aktyor Çingiz Əhmədov yalnız səviyyəli kommersiya filmlərində çəkilməyə razılıq verir

Cəmiyyət Materials 8 Dekabr 2007 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /müx. TrendLife Laləndə İsmayılova/

Musiqili Komediya Teatrının aktyoru Çingiz Əhmədov yalnız səviyyəli kommersiya filmlərində çəkilməyə razılıq verir. Filmin ssenarisi və rejissoru onun xoşuna gəlməyəndə çəkilişlərdən imtina edir. Bu haqda TrendLife-a aktyor özü danışıb: "Bu gün heç kim kefindən kommersiya filminə çəkilmir. Söhbət peşəkar aktyorlardan gedir. Hamısı əlacsızlıqdan, daha doğrusu, maddi durumun aşağı olmasındandır. Onu da söyləyim ki, məni "Adam ol-3" filminə dəvət etmişdilər, amma imtina etdim. Səbəb isə filmdə əsl rejissor işinin olmaması idi. Bu günlərdə isə Əhməd Orucoğlunun "Ağıllı kişilər" filminə çəkilmişəm. Çünki adıçəkilən filmə Şərif Qurbanəlibəyov kimi rejissor quruluş verib".

Xəbər lenti

Xəbər lenti