...

Şair Hüseyn Arifin İnternet saytı hazırlanır

Cəmiyyət Materials 11 Dekabr 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /müx. TrendLife Günel Əhmədova/

Mərhum xalq şairi Hüseyn Arifin İnternet saytı hazırlanır. Bu barədə TrendLife-a məlumatı şairin qızı və Hüseyn Arif Fondunun sədri Səhər Hüseynzadə verib. Onun sözlərinə görə, saytda Hüseyn Arif haqda ətraflı bilgilər öz əksini tapacaq. Şairin adını daşıyacaq saytda onun həyat və yaradıcılığı barədə məlumatlar, poeziyasından nümunələr, eləcə də onun haqqında ədəbiyyat xadimləri və qələm dostlarının fikirləri yerləşdiriləcək. Səhər Hüseynzadə bildirib ki, hazırda sayt üzərində bəzi müzakirələr aparılır. Sayt yaxın vaxtlarda Hüseyn Arif sevərlərin ixtiyarına veriləcək.

Xəbər lenti

Xəbər lenti