...

Lənkəranda nikaha girmə halları azalıb

Cəmiyyət Materials 13 Dekabr 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran rayonunda boşanma halları artıb. "İl ərzində rayonda 33 boşanma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründən 6 fakt çoxdur" cümə axşamı Trend ə Lənkəran Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbəsindən bildirilib.

Lənkəran rayon VVAQ İdarəsi boşanmaların sayının artmasının əsas səbəbləri kimi kişilər arasında narkomaniyanın, alkoqolizmin artması ilə izah edir. Eyni zamanda ailədə yaranan iqtisadi çətinliklər, valideynlərin gənc ailələrin işinə qarışması, mənəvi dəyərlərin itirilməsi də boşanma hallarının çoxalmasına təsir edib.

Məlumata görə, Lənkəranda nikaha girmə halları azalıb. İl ərzində 658 nikaha girmə faktı qeydə alınıb ki, bu da ötən illə müqayisədə 142 fakt azdır. Nikaha girmə faktının azalması isə yeni doğulan uşaqların da sayına təsir edib. İl ərzində 1398 uşaq doğulubsa, ötən il bu rəqəm 1520 uşaq olub.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti