...

Müğənni Filip Kirkorov Bakıya Nadir Qafarzadənin həyat yoldaşına görə gələcək

Cəmiyyət Materials 13 Dekabr 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /müx. TrendLife Cavid Osmanov/

Bu yaxınlarda TrendLife-a belə bir məlumat daxil olub ki, müğənni Nadir Qafarzadə Rusiya estradasının ulduzu Filip Kirkorovu Bakıya dəvət edib.

-Mən ailə həyatımın 15 illik yubileyini qeyd etməyə hazırlaşıram. Həyat yoldaşım isə, Filip Kirkorovun pərəstişkarıdır. Mən də əlimdən gələni edəcəm ki, məhz Kirkorov bizim bu şad günümüzdə iştirak eləsin. Bəlkə də onu bura gətirəcək məbləğ kiməsə dəhşətli gəlsin, amma mən yoldaşımın gülümsəməsi üçün hər şeyə hazıram. Onun bura gəlməsi üçün rusiyalı menecerlər 100 min dollar pul istəyirlər.

-Birdən hansısa problemlərə görə, Kirkorov bura gəlməsə, onda nə olacaq?

-Əgər elə bir şey olsa, onun yerinə ya "VİA QRA" ya da "Blestyyaşiy e" qrupu gələcək. Amma ümid edirəm ki, belə bir problem olmayacaq.

Xəbər lenti

Xəbər lenti