...

Müğənni Zamiq evlənmək istəyir

Cəmiyyət Materials 14 Dekabr 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /müx. TrendLife Cavid Osmanov/

Müğənni Zamiq də evlənmək arzusundadır. Lakin o, hələ öz istədiyi yarı tapa bilməyib. Müğənninin TrendLife-a verdiyi məlumata görə, gələcək sevgilisi hər şeydə onu başa düşməlidir.

-Öncə, evlənəcəyim xanım həm məni, həm də mənim sənətimi başa düşməlidir. Gələcək həyat yoldaşım çox gözəl, amma nə arıq, nə də kök olmalıdır. Əsas odur ki, məni sevsin.

-Bəzən gəlini bizə valideynlərimiz seçir. Bəs sizdə belə bir problem olsa, öz seçiminizdən imtina edəcəksiniz?

- İstəməzdim ki, həyatımın sonuna kimi birgə yaşayacağım insanı mənə kimsə seçsin. Əgər o, mənim xoşuma gəlmirsə, onunla necə ömür sürə bilərəm? Əlbəttə, adət-ənənələrimizə və valideynlərimə böyük hörmətim var. Amma mən azad seçim tərəfdarıyam.

Xəbər lenti

Xəbər lenti