Azərbaycan, Bakı, 14 dekabr /müx. TrendLife Vüqar İmanov/
"Show time" iştirakçıları bu dəfə Rusiyanın "Aura" qrupu ilə bir səhnəni paylaşacaq. "ETA production" prodüser mərkəzinin rəhbəri Anar Mədətovun TrendLife-a verdiyi məlumata görə, "Aura" qrupu digər qruplara bənzəmir. "Onların öz üslübü, öz oxuma tərzi var. Ümid edirəm ki onların "Show time"dakı çıxışları tamaşaçıların da xoşuna gələcək. Onlar hər zamankı kimi, mənim komandamı dəstəkləyirlər".