Azərbaycan, Bakı, 14 dekabr /müx. TrendLife Günel Əhmədova
Xalq artisti Mələkxanım Əyyubova Belarusun paytaxtı Minsk şəhərində konsert verəcək. Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən təşkil edilən səfər dekabrın 22-dən 26-na qədər davam edəcək. Bu barədə TrendLife-a məlumat verən xanəndə bildirib ki, konsert Belarus filarmoniyasında keçiriləcək: "Konsertdə məni öz musiqiçilərimiz müşayiət edəcək. Gecədə başqa ifaçılar və aşıqlar da iştirak etməlidirlər".
M.Əyyubova konsertdə muğam və xalq mahnılarına üstünlük verəcəyini də deyib. O əlavə edib ki, Belarus Filarmoniyasında belə konsert ilk dəfədir təşkil olunur.