...

Ombudsman Elmira süleymanova Almaniyanın ölkəmizdəki səfirini qəbul edib

Cəmiyyət Materials 14 Dekabr 2007 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Per Kristofer Stançinanı onun xahişi ilə qəbul edib -Ombudsman Aparatı mətbuat xidmətinin məlumatında deyilir. Süleymanova səfirə ölkəmizdə insan hüquqları və azadlıqlarının təminatı sahəsində görülən işlərdən danışıb və Almaniya səfirliyi ilə bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.Səfir Azərbaycanda milli azlıq və etnik qrupların tolerantlıq şəraitində yaşamasını müsbət dəyərləndirib, ölkəsinə də bu mənzərənin tanış olduğunu vurğulayıb. Qonaq onu maraqlandıran bir çox məsələlərlə bağlı ətraflı məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti