...

Venesiya Komissiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 15 Dekabr 2007 15:03 (UTC +04:00)
Venesiya Komissiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ 2008-ci ilin fevral ayında Venesiya Komissiyasının nümayəndə heyəti Azərbaycana səfərə gələcək. Bu barədə Trend ə şənbə günü Venesiyadan telefonla Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel məlumat verib.

"İclas zamanı kütləvi mitinqlərə dair qanun layihəsi üzrə ətraflı təkliflər olub, lakin təkliflərin nəzərdən keçirilməsi uzanacaq və Venesiya Komissiyasının nümayəndə heyəti 2008-ci ilin fevralında Azərbaycana səfər edəcək, burada görüşlər keçirəcək" - deyə Herkel bildirib.

Herkelin sözlərinə görə, Azərbaycanda toplaşma azadlığına dair qanuna dəyişikliyin edilməsi süni şəkildə uzadılır.

"Bu, Venesiya Komissiyasının deyil, Azərbaycanın problemidir. Çünki qabaqdan seçkilər gəlir" - deyə o bildirib.

Dekabrın 14-də Venesiyada Komissiyanın 73-cü iclası öz işinə başlayıb. İclas zamanı Azərbaycanda toplaşma azadlığı, Montoneqro Konstitusiyası, Kosovo və Serbiyada vəziyyət və digər məsələlər üzrə müzakirələr aparılır.

İclasda Azrbaycan tərəfindən Prezidentin İcra Aparatının hüquq şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan hökumətinin insan haqları üzrə Avropa məhkəməsində səlahiyyətli səfiri Çingiz Əsgərov iştirak edir.

Xəbər lenti

Xəbər lenti