...

Azərbaycanın voleybol üzrə kişilərdən ibarət yığmasının FİVB-nin reytinqində mövqeyi zəifləyib

Cəmiyyət Materials 24 Dekabr 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın voleybol üzrə kişilərdən ibarət yığmasının Ümumdünya Federasiyasının (FİVB) növbəti reytinq vərəqində mövqeyi zəifləyib. Kollektiv dörd pillə enərək, 75-ci yerdə qərarlaşıb. Bu, iki görüşün yekunlarına görə, Danimarkaya güzəştə gedən kollektivin Olimpiadaya yola düşmək şansını itirməsi, bəzi beynəxalq turnirlərdə uğursuz çıxışı ilə əlaqədardır. Buna görə, komandanın dərəcələr cədvəlində bir neçə pillə aşağı enməsi proqnozlaşdırılırdı. Belə ki, Azərbaycan voleybolçularının kifayət qədər yarış praktikası yoxdur və hələ ki, aparıcı komandalarla rəqabət apara bilmir. Reytinqdə aparıcı yerləri sonuncu Dünya Qran-Prisinin qalibləri braziliyalılar və həmin turnirdə finalda oynayan Rusiya yığması tutublar.

Xəbər lenti

Xəbər lenti