...

Voleybolçu Yelena Parxomenko Çempionlar liqasında oynamayacaq

Cəmiyyət Materials 24 Dekabr 2007 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan yığması və "AzerReyl" klubunun aparıcı voleybolçularından biri olan Yelena Parxomenko məşqlərə yanvar ayından tez qatıla bilməyəcək.

İdmançının Trend ə verdiyi məlumata görə, əməliyyatdan sonra bərpa olunmağa bir qədər vaxt lazım gələcək.

"Həkimlərin sözlərinə görə, mən yanvarda qaçış məşqlərinə başlaya bilərəm, fevralda isə komanda heyətində məşqlərə qatıla bilərəm. Təbii ki, mən artıq Çempionlar liqası oyunlarında "AzerReyl" komandasına kömək edə bilmərəm. Mənə yalnız Avropa çempionatının seçmə oyunları barəsində danışmaq qalır" - deyə Parxomenko qeyd edib.

Voleybolçu Belçika və Lüksempburqda keçirilən Avropa çempionatı zamanı ağır zədə alıb.

Xəbər lenti

Xəbər lenti