...

Azərbaycanda bir dənə də olsun ulduz yoxdur - opera müğənnisi Fidan Hacıyeva

Cəmiyyət Materials 25 Dekabr 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /müx. TrendLife Cavid Osmanov/

Müğənni Fidan Hacıyeva bir ara yerli şou-biznes nümayəndələri ilə fəal əməkdaşlıq edirdi. Onu tez-tez müxtəlif şou verilişlərdə görürdük. Son zamanlar isə müğənni az-az efirdə görünür. Bunun səbəbini TrendLife müxbiri müğənninin özündən soruşdu.

"Efirdə az-az görünməyimin səbəbini sizə deyəcəm. İş ondadır ki, mən istəmirəm ki, adım qalmaqallarda hallansın. Bunlar hamısı reklam xatirinə edilən şeylərdir. İfaçı əgər həqiqətən də yardıcı şəxsiyyətdirsə, özünü reklam etdirməsə belə tamaşaçı onu hər zaman sevəcək, hörmət edəcək. Mənə lazım olan yerlərə getməyi üstün tuturam. Onu da deyim ki, məni filarmoniyanın səhnəsində, Opera Teatrında, dövlət tədbirlərində görmək olar. İndi hər kəs özünü ulduz adlandırır. Hərçənd ki, Azərbaycanda bir dənə də olsun ulduz yoxdur. Onlar bu titulu daşımaq üçün nələr edirlər? Axı əsl ulduz öz ifası ilə tamaşaçıların, dinləyicilərin ürəyini fəth etməlidir".

Xəbər lenti

Xəbər lenti