...

Azərbaycanın təhsil naziri məcburi orta təhsilin doqquz ilədək azaldılmasına etiraz edir

Cəmiyyət Materials 26 Dekabr 2007 17:47 (UTC +04:00)
Azərbaycanın təhsil naziri  məcburi orta təhsilin doqquz ilədək azaldılmasına etiraz edir

Azərbaycan, Bakı / müxbir İ.Əlizadə/ Azərbaycanda məcburi orta təhsilin on bir ildən doqquz ildək azaldılması gələcəkdə ciddi problemlər yaradacaq. "Bir necə ildir ki, Azərbaycanda tətbiq edilən 11 illik icbari təhsildən 9 illik təhsilə keçilməsi gələcəkdə çox ciddi fəsadlar yarada bilər. Deputatlar bu məsələyə çox ehtiyatlı yanaşmalıdırlar", -deyə Milli Məclisin Elm və təhsil komissiyasının çərşənbə günü keçirilən iclasında "Təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı təhsil naziri Misir Mərdanov bildirib.

Azərbaycanın hazırda qüvvədə olan Təhsil Qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən parlament təhsil haqqında yeni qanun layihəsi hazırlamağa balşayıb, lakin 12 il ərzində yeni Qanun qəbul edilməyib. Yeni qanun layihəsində icbari orta təhsilin 11 ildən doqquz ilədək azaldılması nəzərdə tutulub.

Nazir qeyd edib ki, hər il Azərbaycanın orta məktəblərinin 10 və 11- ci siniflərində 130-140 min şagird təhsil alır. Onun fikrincə, icbari təhsil doqquz illik olandan sonra, hər il 230-250 nəfər gənc məktəbdən kənarda qalacaq: "Biz hamımız düşünməliyik ki, bu qədər gəncin taleyi necə olacaq? İndiyə qədər bilirdik ki, səhər evdən çıxıb məktəbə gedirdilər və axşama qədər dərs məsələləri ilə məşğul olurlar. Bundan sonra nə olacaq? Ona görə də bu məsələyə yenidən baxmaq lazımdır".

Mərdanov bildirib ki, dünyanın bütün ölkələrində orta təhsil 12 ildir. Nazir təklif edib ki, Azərbaycanda da orta təhsil 12 il olsun və məcburi təhsil 10 il götürülsün.

Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev isə, nazirin fikirlərinə etiraz edib. Komissiya sədri bildirib ki, icbari təhsilin 9 ilə qədər endirilməsi 10-11-ci siniflərdə təhsil alan şagirdlərin yüksək səviyyəli təhsil almalarını və keyfiyyətil təhsili təmin edəcək, repititorluq təcrübəsinin aradan qaldırılmasına şərait yaradacaq: "Eyni zamanda, külli miqdarda dövlət vəsaitinə qənaət edilməsinə və vahid imtahan sisteminin tətbiq olunmasına şərait yaradacaq".

Xəbər lenti

Xəbər lenti