...

Nəsil dəyişikliyi prosesi qaçılmazdır -Azərbaycan voleybolçusu

Cəmiyyət Materials 27 Dekabr 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Klubda və yığmada nəsil dəyişikliyi prosesi qaçılmazdır" - deyə Trend ə komandanın bu mövsümdə oyununu qiymətdləndirən Azərbaycanın aparıcı voleybolçularından biri Ylena Parxomenko bildirib.

O söyləyib ki, onun və Lidiya Maksimenkonun zədə alması və uzun müddətə sıradan çıxması, Kseniya Kovalenko və Oksana Məmmədyarovanın analıq məzuniyyətinə getməsindən sonra, ehtiyatda oturan voleybolçuların özlərini yaxşı tərəfdən göstərmələri üçün şans yaranıb. Əks halda, bizim gənc voleybolçularımız minimal oyun təcrübəsi ilə kifayətlənərək, ehtiyat oyunçular skamyasında oturmaqda davam edəcəkdilər. İndi isə, onların yüksək səviyyədə oyun təcrübəsi toplamaq imkanı var, o cümlədən Çempionlar liqasında" - deyə Yelena bildirib.

Parxomenko, çox güman ki, Avropa kubokunun həlledici oyununadək formasını bərpa edə bilməyəcəyini və bu mövsümü buraxacağını bildirib.

Xəbər lenti

Xəbər lenti