...

Azərbaycanın Milli Olimpiya Komitəsindəincəsənət sərgisi açılıb

Cəmiyyət Materials 28 Dekabr 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın Milli Olimpiya Komitəsinin mənzil-qərargahında Olimpiya mövzusunda sərgi açılıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə veridiyi məlumata görə, sərgidə tamaşaçıların ixtiyarına bir çox tanınmış Azərbaycan rəssamlarının əsərləri verilib və bu əsərlər 2008-ci il Olimpiya Oyunlarında keçiriləcək Azərbaycan Günləridə nümayiş oluna bilər.

"Bildiyiniz kimi, hər Olimpiadada bizim nümayəndə heyəti qonaqlar üçün xüsusi gecə hazırlayır, qonaqları bizim adətlərimiz və mədəniyyətimiz, incəsənət əsərlərimizlə tanış edir. Buna görə də, biz belə qərara gəlmişik ki, sərgidə nümayiş olunacaq ən yaxşı əsərlər Pekinə göndərilsin" - deyə Hüseynzadə bildirib.

Hüseynzadə qeyd edib ki, sərgi qarşıdakı aylarda da davam edəcək və bu, daha çox məktəblilərdə və tələbələrdə maraq doğuracaq.

Xəbər lenti

Xəbər lenti