...

Müğənni Almaz Ələsgərovanın qızının toyunda dava düşdü

Cəmiyyət Materials 28 Dekabr 2007 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /müx. TrendLife Cavid Osmanov/

Müğənni Almaz Ələsgərovanın şad günüdür. 18 yaşlı qızı Mədinənin toyu oldu. Mədinənin toyuna şəhərin ən tanınmış sənətçiləri təşrif buyurmuşdu, mərasimin tamadası Nəsib Nur idi. Qonaqlara gəldikdə isə ,Flora xanımdan tutmuş, Məleykə Əsədovaya kimi, hamı ordaydı. Masanın üstündə, necə deyərlər, "quş südü" də vardı. Qonaqlar yedilər, içdilər, əyləndilər.

Amma məclisin sonu davasız ötüşmədi. Davanın səbəbkarı isə özgə adam deyildi.Ələsgərovanın 19 yaşlı kürəkəni-bəy ATV-nin operatorunun gəlinlə onu çəkməsini istəmədi. Operatordan kaseti tələb edən Vüqar dostlarına da tapşırmışdı ki, bütün qapıları bağlasınlar ki, zaldan heç kim çıxa bilməsin. Lakin bu hərəkətlə heç nəyə nail olmayan bəy, sonda sakitləşməyə məcbur oldu. Çünki, o, videokaseti operatordan ala bilmədi.

Onu da qeyd edək ki, gənclər bal ayını Londonda keçirməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti