...

Gənclər və İdman Nazirliyi ən yaxşı Azərbaycan idmançılarını mükafatlandıracaq

Cəmiyyət Materials 28 Dekabr 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanda ilin ən yaxşı idmançı və məşqçilərinin təltif edilməsi mərasimi dekabrın 28-də "Yaxt-klub"da keçiriləcək.

Trend in verdiyi xəbərə görə, tədbirdə başa çatmaqda olan ilin ən güclü atletləri iştirak edicək. Onların sırasında sona çatan ilin ən yaxşı idmançısı, ötən ilin yunan-roma güləşi üzrə dünya çempionu Fərid Mansurov da iştirak edəcək. Respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunacaq tədbirdə Federasiya təmsilçiləri, müxətəssislər və məşqçilər də iştirak edəcəklər. Çox güman ki, təntənəli gecəni cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı və Olimpiya lisenziyasının sahibi Elnur Məmmədli ( 73 kq) buraxmalı olacaq. Belə ki, o, komandanın heyətində Kislovodskda təlim-məşq toplanıışındadır. Məşqlər bir gün sonra başa çatacaq.

Xəbər lenti

Xəbər lenti