Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəranın Haftuni qəsəbəsində şənbə günü qar suyundan 8 qadın zəhərlənib. "Zəhərlənmə parnik işçisi - səkkiz fəhlə qadın günorta yeməyindən sonra qar suyundan çay qaynadaraq içməsindən sonra baş verib", - deyə Lənkəran mərkəzi xəstəxanasından "Trendə" bildiriblər.
Qadınlar ürək bulanma, baş gicəllənməsi, qusma simptomları ilə xəstəxanaya çatdırılıblar və ilkin tibbi yardım alıbrlar.
Qadınların beşi artıq evlərinə buraxılıblar, üçünün vəziyyəti kafidir.