...

Gəncədə qeyri-sabit hava şəraitinə görə xəsarət alanların sayı artıb

Cəmiyyət Materials 8 Yanvar 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Havanın şaxtalı keçməsi və qarın yağması nəticəsində, Gəncə şəhərində 20 nəfər buz üzərində yıxılaraq bədən xəsarəti alıb. Bu barədə çərşənbə axşamı jurnalistlərə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasınan travmatologiya şöbəsinin müdir əvəzi Elbrus Elyazov məlumat verib.

Son bir həftə ərzində Azərbaycan ərazisində güclü qar yağıb. Ölkənin əksər ərazilərində qarın hündürlüyü 40-50 sm-ə çatıb.

Eyvazovun sözlərinə görə, yanvarın 1-dən 8-nə kimi şöbəyə 34 nəfər müraciət edib ki, onlardan da 20 nəfəri buz üzərində yıxılaraq, bədən xəsarəti alanlardır. Ötən ayın ilk ongünlüyündə isə, şöbəyə 21 müraciət daxil olub.

Gəncə şəhər Yol Polisi İdarəsinin rəisi Adil Zeynalovun Trend ə verdiyi məlumata görə, yanvarda 12 yol-nəqliyyat qəzası baş verib, ölən yoxdur.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti