...

"Rusiya telekanalının Azərbaycanda yayımı bizim şərtlər qəbul edildikdən sonra bərpa edilə bilər" - Teleradio Şurasının sədri

Cəmiyyət Materials 18 Yanvar 2008 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycan telekanalların qarşılıqlı yayımı məsələsində Rusiyaya güzəştə getməyəcək. "Rusiyanın "RTR-Planeta" telekanalının Azərbaycanın milli tezliyində yayımı bizim şərtlər qəbul edildikdən sonra bərpa edilə bilər" cümə günü Trend ə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli bildirib.

MTRŞ-nın qərarı ilə "RTR-Planeta"nın yanvarın 1-dən Azərbaycanda yayımı dayandırılıb. Buna səbəb Azərbaycan telekanalının Rusiyanın milli tezliyində yayımı ilə bağlı razılıgın əldə olunmamasıdır. Rusiyanın Azərbaycandakı səfiri Vasiliy İstratov mətbuata bildirib ki, "RTR-Planeta"nın Azərbaycanın milli tezliyində bərpa olunması üçün yaxın günlərdə Rusiyadan ekspertlər Bakıya gələcəklər.

Məhərrəmli bildirib ki, "RTR-Planeta"nın Azərbaycanda yayımı məsələsi açıq qalıb. Əgər Azərbaycanın AzTV kanalı Rusiya ərazisində yayımlanarsa, onda MTRŞ "RTR-Planeta"nın Azərbaycanın milli tezliyində yayımının bərpası barədə əlavə qərar çıxara bilər. MTRŞ sədri Rusiyadan ekspertlərin gələcəyindən xəbərsiz olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti