...

Bakının altı məktəb direktoru tutduğu vəzifədən azad edilib

Cəmiyyət Materials 21 Yanvar 2008 12:44 (UTC +04:00)
Bakının altı məktəb direktoru tutduğu vəzifədən azad edilib

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir C. Babayeva/ Bakının altı məktəb direktoru yaş həddi ilə bağlı olaraq, tutduğu vəzifədən azad edilib. Bu barədə Trend ə bazar ertəsi Bakı şəhəri üzrə Təhsil İdarəsinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması üzrə sektor müdiri Bəhmən Nəbiyev məlumat verib.

Vəzifələrindən uzaqlaşdırılan şəxslər 102, 20, 161, 235, 80, 198 saylı məktəblərin direktorlarıdır. Nəbiyevin sözlərinə görə, onlar bu vəzifələrdə xeyli müddətdir ki, fəaliyyət göstərirlər və onlardan bəzisinin artıq 90 yaşı var.

"Biz onların şəxsi istəkləri ilə əmək müqavilələrinə xitam vermişik" - deyə Nəbiyev əlavə edib.

Onun sözlərinə görə, direktorların çıxarılması xidmət vəzifədən sui-istifadə və səhlənkarlıqla bağlı deyil.

Xəbər lenti

Xəbər lenti